Aİ ölkələri Ukraynanın təcili qaydada üzvlük məsələsini müzakirə edə bilər
Aİ liderləri fevralın 28-də Ukraynanın birliyə təcili şəkildə üzvlüyü məsələsini müzakirə edə bilərlər.
Bu barədə "Reuters" yüksək vəzifəli məmura istinadən məlumat yayıb.
“Ukraynanın Aİ-yə üzvlük müraciətinə gəlincə, mən hesab edirəm ki, irəli qaçmamaq vacibdir. Aydındır ki, razılıq hələ alınmayıb, lakin Ukrayna məsələsi Avropa liderlərini narahat edir”, – deyə adının çəkilməsini istəməyən məmur bildirib.
Qeyd edək ki, Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen bazar ertəsi axşam Parisdə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla görüşəcək.
“Ona görə də əminəm ki, danışıqlar zamanı bu məsələ qaldırılacaq”, - deyə mənbə əlavə edib.
Bir müddət öncə Ukrayna prezidenti Vladimir Zelenski Aİ-yə dərhal üzv olmaq tələbi ilə müraciət edib. Ölkənin baş naziri Denis Şmıxal isə bildirib ki, Ukrayna xüsusi prosedur əsasında Aİ-yə üzvlük üçün müraciət edib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bəyan edib ki, Aİ liderlərinin hazırkı gündəliyinə Ukraynanın birliyə qəbulu məsələsi daxil deyil.
Almaniyanın xarici işlər naziri Annalena Burbok isə hesab edir ki, Ukrayna Avropa evinin bir hissəsidir, lakin heç bir ölkənin Aİ-yə daxil olması bir neçə ay ərzində həyata keçirilə bilməz.
Şəffaflıq.az
Facebook-da paylaş