ABŞ Ukraynanın NATO üzvlüyünə dəstək verib

 

ABŞ növbəti dəfə Ukraynaya NATO üzvlüyü tədbirlər planının (MAP) verilməsinə dəstək verib.


Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermak prezident Volodımır Zelenski ilə ABŞ dövlət katibi Antoni Blinken arasındakı görüşdən sonra bildirib.

“Bu gün Birləşmiş Ştatlar tərəfindən Ukraynanın MAP əldə etməsinə tam dəstək verilməsinin növbəti dəfə təsdiqini aldıq. Amma NATO iştirakçıları çox olduğuna görə, işlər davam edir. ABŞ isə bizim strateji tərəfdaşımız olduğunu, NATO üzvlüyümüzü dəstəklədiyini bir daha ortaya qoydu” – deyən Ukrayna prezidenti ofisinin rəhbəri iki ölkə arasındakı gündəmdə Qara dənizdəki təhlükəsizlik məsələlərinin mühüm yer tutduğunu dilə gətirib.

Qeyd edək ki, Blinken – Zelenski görüşündən sonra ABŞ dövlət katibi Ukraynanın NATO üzvlüyü və bu ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı müzakirələr apardıqlarını bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}