Ukrayna nüvə silahının geri qaytarılmasını istəyir
“Qərb Ukraynanın nüvə silahını öz sərəncamına qaytarmasına kömək etməlidir”.
Şəffaflıq.az bildirir ki, bu sözləri “Deutschlandfunk” radiostansiyasına müsahibəsində Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.
“Bəlkə də, nüvə statusu barədə düşünməyə dəyər”, - deyə A.Melnik bildirib.
Daha sonra A.Melnik sosial şəbəkə hesabında Ukraynanın Almaniyanın hərbi dəstəyinə, həmçinin tezliklə NATO-ya üzv olmağa ehtiyacı olduğunu qeyd edib.
Melnikin sözlərinə görə, ölkə NATO-ya qəbul edilməyəcəyi halda öz nüvə statusunu qaytarmalıdır.
Xəbəri paylaş
Facebook-da paylaş