İsmayıllıda Gənclər Günü qeyd olunub

 2 Fevral Gənclər Günü ilə bağlı İsmayıllı rayonunda  tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin  abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 Şəffaflıq.az xəbər verir ki, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində davam etdirilən tədbir  şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Rayon rəhbəri gəncləri bayram münasibətilə təbrik edərək qeyd edib ki, gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, gənc istedadlara dövlət qayğısının artırılması və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülür.O həmçinin Azərbaycan gəncinin vətənvərpərvərliyindən söz açmış, 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə nümunə olacağını bildirmişdir.Çıxış edənlər gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Tədbirdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin kollektivi 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə və cari ildə uğurlu fəaliyyətinə görə “Təşəkkürnamə” ilə təltif edilib, həmçinin cari il ərzində fəallığı ilə seçilən gənclər və “Gənclər Həftəsi” çərçivəsində keçirilən tədbirlərin qalibləri İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin, İvanovka məktəblərinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin hazırladığı musiqili proqramla davam etdirilib.

 

Vahid İsmayılov.
İsmayıllı.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}