Şamaxı rayonunda 02 fevral “Respublika Gənclər Günü” qeyd olundu.Foto

 
31 yanvar 2020-ci il tarixində Şamaxı Heydər Əliyev Mərkəzində “Respublika Gənclər Günü”nün qeyd olunması münasibəti ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun rayon gəncləri ilə səmimi görüşü keçirildi.

Şəffaflıq.az xəbər verir ki, Görüşdə rayonun idarə və təşkilatlarının, ümumtəhsi taml orta məktəblərinin, ali və orta ixtisas təhsil müəssisələrinin, gənclər təşkilatlarının, bədən tərbiyəsi və idman  kollektivlərinin fəal gəncləri, rayonda fəaliyyət  göstərən Şamaxı “Asan Xidmət Mərkəzi”nin və “Gənclərin İnkişafı və Karyera Mərkəzi”nin  Şamaxı könüllüləri  iştirak  edirdi.
Tədbir ilk öncə Şamaxı Heydər Əliyev Mərkəzinin akt zalında dəyirmi  masa ətrafında başladı. Şamaxı rayon  Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Müstəqiliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra Ş.Hüseynov  təməli Ümummilli  lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Dövlət  gənclər  siyasəti çərçivəsində  rayonda  görülmüş  işlər və qarşıda duran vəzifələr  haqqında  geniş məlumat verdi. Məruzə bitdikdən sonra iştirakçı gənclər, xüsusən də  Asan Xidmətin könüllərinin  çıxışları dinlənildi.
Sonra tədbir mərkəzin foyesində Şamaxı RİH-tinin başçısı cənab Tahir Məmmədovun iştirakı ilə davam etdirildi.  Rayonun başçısı “Gənclər günü” münasibətilə gəncləri təbrik etdi və  rayonda gənclər üçün yaradılmış şəraitdən, o cümlədən rayonda yeni istifadəyə verilmiş Şamaxı “Asan Xidmət  Mərkəzi”nin  və “Gənclərin İnkişafı və Karyera Mərkəzi”nin  könüllülərinin  fəaliyyətindən danışdı və gənclərə gələcək fəaliyyətlərində  uğurlar  arzuladı. Natiq Dövlət  Başçısının məlum Sərəncamı ilə  2020-ci ilin “Könüllülər ili”  elan  olunmasını qeyd edərək bildirdi ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət  və dövlətin birgə fəaliyyətinin ən uğurlu formasıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu sahədə inanıram ki, Şamaxı gəncliyi də öz işini günün tələbləri səviyyəsində quracaq və könüllülük hərəkatının geniş vüsət alması üçün lazımi işlər görəcəkdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}