Əsas Səhifə > --- > Şamaxı rayonunda 02 fevral “Respublika Gənclər Günü” qeyd olundu.Foto
Şamaxı rayonunda 02 fevral “Respublika Gənclər Günü” qeyd olundu.Foto31-01-2020, 19:09 |
31 yanvar 2020-ci il tarixində Şamaxı Heydər Əliyev Mərkəzində “Respublika Gənclər Günü”nün qeyd olunması münasibəti ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun rayon gəncləri ilə səmimi görüşü keçirildi. Şəffaflıq.az xəbər verir ki, Görüşdə rayonun idarə və təşkilatlarının, ümumtəhsi taml orta məktəblərinin, ali və orta ixtisas təhsil müəssisələrinin, gənclər təşkilatlarının, bədən tərbiyəsi və idman kollektivlərinin fəal gəncləri, rayonda fəaliyyət göstərən Şamaxı “Asan Xidmət Mərkəzi”nin və “Gənclərin İnkişafı və Karyera Mərkəzi”nin Şamaxı könüllüləri iştirak edirdi. Tədbir ilk öncə Şamaxı Heydər Əliyev Mərkəzinin akt zalında dəyirmi masa ətrafında başladı. Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Müstəqiliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra Ş.Hüseynov təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Dövlət gənclər siyasəti çərçivəsində rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verdi. Məruzə bitdikdən sonra iştirakçı gənclər, xüsusən də Asan Xidmətin könüllərinin çıxışları dinlənildi. Sonra tədbir mərkəzin foyesində Şamaxı RİH-tinin başçısı cənab Tahir Məmmədovun iştirakı ilə davam etdirildi. Rayonun başçısı “Gənclər günü” münasibətilə gəncləri təbrik etdi və rayonda gənclər üçün yaradılmış şəraitdən, o cümlədən rayonda yeni istifadəyə verilmiş Şamaxı “Asan Xidmət Mərkəzi”nin və “Gənclərin İnkişafı və Karyera Mərkəzi”nin könüllülərinin fəaliyyətindən danışdı və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzuladı. Natiq Dövlət Başçısının məlum Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan olunmasını qeyd edərək bildirdi ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formasıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu sahədə inanıram ki, Şamaxı gəncliyi də öz işini günün tələbləri səviyyəsində quracaq və könüllülük hərəkatının geniş vüsət alması üçün lazımi işlər görəcəkdir. Geri qayıt |