Əsas Səhifə > REGİON / Cəmiyyət > İsmayıllıda Gənclər Günü qeyd olunub
İsmayıllıda Gənclər Günü qeyd olunub2-02-2022, 19:04 |
![]() ![]() ![]() Şəffaflıq.az xəbər verir ki, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində davam etdirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. ![]() ![]() ![]() ![]() Tədbirdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin kollektivi 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə və cari ildə uğurlu fəaliyyətinə görə “Təşəkkürnamə” ilə təltif edilib, həmçinin cari il ərzində fəallığı ilə seçilən gənclər və “Gənclər Həftəsi” çərçivəsində keçirilən tədbirlərin qalibləri İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. ![]() ![]() ![]() ![]() ![]() ![]() Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin, İvanovka məktəblərinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin hazırladığı musiqili proqramla davam etdirilib. ![]() ![]() Vahid İsmayılov. İsmayıllı. Şəffaflıq.az Geri qayıt |