İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun 2 Fevral - Gənclər Günü münasibətilə təbriki

 
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun 2 Fevral - Gənclər  Günü münasibətilə təbriki.
Təbrikdə deyilir.

Əziz gənclər, sizi 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edir, hər birinizə işlərinizdə və ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Yüksək təfəkkürə, sağlam düşüncəyə malik gənclik cəmiyyətin davamlı inkişafını təmin edir. Bu gün Azərbaycan gənclərinə ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmışdır. Gənc nəslin hərtərəfli inkişafı dövlətimizin diqqət mərkəzindədir.
1997-ci ildə Ulu Öndərimizin "2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncamı nəinki gənclərin, eləcə də bütün ölkə vətəndaşlarının böyük ruh yüksəkliyinə səbəb olmuşdur.
Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, olimpiya oyunlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırırlar.
Qürurla deyə bilərik ki, azərbaycançılıq ideyaları əsasında tərbiyə almış gənc nəsil Azərbaycanın ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsində Cənab Prezident İlham Əliyevin Dəmir yumruq siyasətini doğrultdu və bizi tarixi torpaqlarımıza qovuşduraraq yeni tarix yazdılar.  Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü.
Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında İsmayıllı gənclərinin rolu danılmazdır.
Əziz gənclər, bir daha sizin hər birinizi Gənclər Günü münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, cansağlığı, ailə səadəti və gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.


Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}