"Eurovision 2022"nin loqosu təqdim edildi
"Eurovision 2022" mahnı müsabiqəsinin komandası loqosunu və sloqanını təqdim edib.
Şəffaflıq.az xəbər verir ki, müsabiqə bu il mayın 10-dan 14-nə qədər İtaliyanın Turin şəhərində keçiriləcək. Yarışmanın sloqanı "The Sound of Beauty" ("Gözəlliyin səsi") olub. Loqo isə səs dalğaları ilə hazırlanıb.
Qeyd edək ki, bu il 66-cısı keçiriləcək yarışmada Azərbaycan da iştirakını təsdiqləyib. Hazırda müsabiqədə səsləndiriləcək mahnının seçim turudur.
Xəbəri paylaş
Facebook-da paylaş