Belarus "Eurovision-2021" mahnı müsabiqəsinə buraxılmadı
Avropa Yayım Birliyi bildirib ki, Belarus “Eurovision-2021” mahnı müsabiqəsinə buraxılmayacaq. Buna səbəb kimi ölkənin təqdim etdiyi yeni mahnının da müsabiqənin qaydalarına uyğun gəlməməsi göstərilib.
Şəffaflıq.az məlumat verir ki, müsabiqəsinin saytında yerləşdirilən açıqlamada belə deyilir.
“Yeni müraciətin də yarışmanın qaydalarına - hansı ki, müsabiqə siyasi alət kimi istifadə olunmadığına dair zəmanət verir,- uyğun gəlmədiyi barədə qərar qəbul edilib”, - deyə təşkilatçılar bildiriblər.
Qeyd olunub ki, Belarus mahnını vaxtında təqdim edə bilmədiyi üçün 12-16 may tarixlərində Rotterdamda keçiriləcək yarışmada iştirak edə bilməyəcək.
Xəbəri paylaş
Facebook-da paylaş