“Eurovision-2021” Rotterdamda keçiriləcək
Koronavirusun yayılması təhlükəsi ilə əlaqədar bu il təxirə salınan “Eurovision” Mahnı Müsabiqəsi 2021-ci ildə Niderlandın Rotterdam şəhərində keçiriləcək.
Şəffaflıq.az xəbər verir ki, bu barədə müsabiqə təşkilatçıları qərar qəbul edib.
Qeyd edək ki, artıq Rotterdamın Şəhər Şurasının üzvləri 2021-ci ildə “Eurovision”u qəbul etməyə səs veriblər. Müsabiqənin “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılır.
Təşkilatçılar zalın icarəsinə, əlavə mühafizəyə və reklam lövhələrinin xərclərinə əlavə 6,7 milyon avro xərcləmək niyyətindədir.
Xəbəri paylaş
Facebook-da paylaş