“Eurovision 2020” ləğv edildi

 

Bu ilin may ayında Niderlandda keçirilməli olan “Eurovision” mahnı müsabiqəsi koronavirusun yayılması riski səbəbi ilə rəsmi olaraq ləğv edilib.

Şəffaflıq.az “Report”a istinadən xəbər verir ki, bu barədə təşkilatçıların “Twitter” hesabındakı məlumatında deyilir.

“COVID-19-un bütün Avropaya yayılması təhlükəsi, həmçinin iştirakçı ölkələrin hökumətləri, o cümlədən Niderland hökuməti tərəfindən tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq “Eurovision” müsabiqəsinin keçirilməsi mümkün deyil”, - rəsmi açıqlamada bildirilir.

Təşkilatçılar həmçinin qeyd edirlər ki, Avropa Yayım Birliyi (EBU) bu il “Eurovision”a ev sahibliyi etməli olan Rotterdam ilə birlikdə müsabiqənin 2021-ci ildə keçirilməsini müzakirə etməyə davam edəcək.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməli idi.

Azərbaycanı müsabiqədə “Kleopatra” mahnısı ilə Efendi (Samirə Əfəndi) təmsil etməli idi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}