Əsas Səhifə > Şou-biznes > "Eurovision 2022"nin loqosu təqdim edildi
"Eurovision 2022"nin loqosu təqdim edildi25-01-2022, 15:46 |
"Eurovision 2022" mahnı müsabiqəsinin komandası loqosunu və sloqanını təqdim edib. Şəffaflıq.az xəbər verir ki, müsabiqə bu il mayın 10-dan 14-nə qədər İtaliyanın Turin şəhərində keçiriləcək. Yarışmanın sloqanı "The Sound of Beauty" ("Gözəlliyin səsi") olub. Loqo isə səs dalğaları ilə hazırlanıb. Qeyd edək ki, bu il 66-cısı keçiriləcək yarışmada Azərbaycan da iştirakını təsdiqləyib. Hazırda müsabiqədə səsləndiriləcək mahnının seçim turudur. Geri qayıt |