Şamaxıda şəhid Orucov Mirzəcanın adına inşa edilmiş xatirə bulağının açılışı olub.-FOTO\VİDEO

28.12.2021-ci il tarixdə Şamaxı şəhərində şəhid Orucov Mirzəcan Araz oğlunun xatirəsinə inşaa edilmiş bulağ kompleksinin  açılışı olub.

Azərbaycan Ordusunun əsgəri olan Mirzəcan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanmış Vətən müharibəsində vuruşub, oktyabrın 7-si Xocavənd istiqamətində gedən döyüşlərdə mənfur düşmənin atdıqı minamyot gülləsi nəticəsində şəhid olub.


Şəffaflıq.az xəbər verir ki, bulaq kompleksinin açılışında  Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, RİH-in məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin əməkdaşları, (QMİ) Şirvan bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları,"Qarabağ Qaziləri" İB-ın üzvüləri, Şamaxı şəhər 9 saylı tam orta məktəbin, Sis kəndi tam orta məktəbin müəllim və şagirdləri və ictimaiyyət nümayəndələri şəhidlər xiyabanında şəhid Orucov Mirzəcan Araz oğlunun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Sonra Şamaxı şəhərində şəhid Orucov Mirzəcan Araz oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub.Operator: Məhərrəm Səmədov çəkilişlərini təqdim edirik.



Bulaq kompleksinin açılışında çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığını, bu qələbədə Şamaxıdan olan qəhrəman oğulların da payının olduğunu, tarixi zəfərimizin təmin edildiyini vurğulayıb.

Çıxışlarda şəhidin şərəfli həyat yolu barədə danışılıb, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan ordusu üzərində qazanılmış qələbənin tarixi əhəmiyyətindən bəhs olunub. Vurğulanıb ki, Mirzəcan və onun kimi şəhid Vətən oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.


Orucov Mirzəcan Araz oğlu 2001-ci ildə Şamaxı rayonunda dünyaya göz açıb. İllər uzunu ailəsinə qayğı göstərib və bütün çətinliklərə sinə gərib. Vətən sevgisi hər an onun qəlbində olub. Müharibə başlayanda Mirzəcan hələ 11 ayın əsgəri idi. O da səngərlərə, Vətənin müdafiəsinə yollanmışdı.


Suqovuşan istiqamətindən döyüşlərə başlayıb. Yaşının az olmasına baxmayaraq qələbə əzmi ilə döyüş yoldaşlarına da stimul verirdi. Ara-sıra ailəsi, yaxınları ilə əlaqə saxlayar, hərbi sirri verməz, hər şeyin yaxşı olduğunu deyər və sağollaşarmış. Son danışığı oktyabrın 5-i dayısı ilə olub. Yüksək əhval-ruhiyyə ilə yaxınlarına tezliklə qələbə müjdəsi verəcəyini deyib. Lakin 2 gün sonra, oktyabrın 7-si Xocavənd istiqamətində gedən döyüşlərdə mənfur düşmənin atdıqı minamyot gülləsi onun həyatına son qoyub.

Şəhid Mirzəcanın anası Südabə xanım Həsənovanın dediklərindən...


Onunla sonuncu dəfə oktyabrın 5-də danışmışam. Ayın 7-də şəhid olması xəbəri gəlib. Suqovuşanda şəhid olub.


 Mən fəxr edirəm ki, oğlum vətən uğrunda şəhid olub, bütün analara səbr diləyirəm, bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Mən onu əsgər yola salanda ağlayıb dedi ki, əsgər getməyimə görə ağlamıram, ay ana, sənə görə ağlayıram ki, səni kimə tapşırıb gedirəm. Məndən çox narahat idi.
Göz yaşları ilə çıxışını davam etdirə bilməyən ana tədbirdə iştirak edənlərə təşəkkür edib.
İşğal altındakı torpaqların azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşan Mirzəcan düşmənin xeyli sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində yaxından iştirak edib.

Onun komandiri Məhəmmədəli Həmidzadə Şəffaflıq tv-yə müsahibəsində bildirib ki, şəhid Mirzəcan  çox vətənpərvər, qorxmaz əsgər olduğunu deyib.

" O, oktyabrın əvvəlində Ağdam ərazisində Xocavənd istiqamətində gedən döyüşdə şəhid olub. Mirzəcan idmanla məşğul olduğu üçün təlimlərdə fəal iştirak edirdi, sağlam idi, müharibənin ilk vaxtlarından başlayaraq Mirzəcanın rolu böyük idi. O, bizim yaddaşımızda çox vətənpərvər, qorxmaz əsgər kimi qalıb. O, sağ ikən düşməndən öz qisasını almışdı.”

 Mirzəcan topçu olub, dəqiq nişanlar alaraq zərbə vurub.


Mirzəcan Orucov 2001-ci il sentyabrın 14-də Şamaxı rayonunun Sis kəndində anadan olub. Subay idi. Mirzəcan Orucov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Mirzəcan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb.

Mirzəcan Orucov oktyabrın 7-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzəcan Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

-Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz heç vaxt şəhidləri unutmarıq, bu gün biz burda şəhidlərimizə görə rahat oturmuşuq, biz onlara borcluyuq. 

Vahid İsmayılov.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}