Şamaxıda şəhid Orucov Mirzəcanın anım mərasimi keçirilib.

Şamaxıda  şəhid Orucov Mirzəcanın anım mərasimi keçirilib.
Azərbaycan Ordusunun əsgəri olan Mirzəcan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində şəhid olub.


Şəffaflıq.az xəbər verir ki,mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, RİH-nin məsul şəxsləri, , şəhid ailələri, müharibə iştirakçıları, qazilər."Qarabağ qaziləri" İB-ın  Şamaxı rayon üzrə nümayəndələri, ictimaiyyət nümayəndələri  iştirak etmişlər.
Onun xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub. 

Sonra şəhidin  ailəsinə baş çəkiblər.
 
Orucov Mirzəcan Araz oğlu 2001-ci ildə Şamaxı rayonunda dünyaya göz açıb. İllər uzunu ailəsinə qayğı göstərib və bütün çətinliklərə sinə gərib. Vətən sevgisi hər an onun qəlbində olub. Müharibə başlayanda Mirzəcan hələ 11 ayın əsgəri idi. O da səngərlərə, Vətənin müdafiəsinə yollanmışdı. Suqovuşan istiqamətindən döyüşlərə başlayıb. Yaşının az olmasına baxmayaraq qələbə əzmi ilə döyüş yoldaşlarına da stimul verirdi. Ara-sıra ailəsi, yaxınları ilə əlaqə saxlayar, hərbi sirr verməz, hər şeyin yaxşı olduğunu deyər və sağollaşarmış. Son danışığı oktyabrın 5-i dayısı ilə olub. Yüksək əhval-ruhiyyə ilə yaxınlarına tezliklə qələbə müjdəsi verəcəyini deyib. Lakin 2 gün sonra, oktyabrın 7-si Xocavənd istiqamətində gedən döyüşlərdə mənfur düşmənin atdıqı minamyot onun həyatına son qoyub.
 
-Allah bütün şəhidlərə rəhmət eləsin. Biz heç vaxt şəhidləri unutmarıq, bu gün biz burda şəhidlərimizə görə rahat oturmuşuq, biz onlara borcluyuq. Mirzəcan topçu olub, dəqiq nişanlar alaraq zərbə vurub. 

Şəhid Mirzəcanın anası Südabə xanımın Həsənovanın dediklərindən..
Onunla sonuncu dəfə oktyabrın 5-də danışmışam. Ayın 7-də şəhid olması xəbəri gəlib. Suqovuşanda şəhid olub.-Mən fəxr edirəm ki, oğlum şəhid olub, bütün analara səbr diləyirəm, bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Mən onu əsgər yola salanda ağladı, dedi ki, ana əsgər getməyimə görə ağlamıram, ay ana, sənə görə ağlayıram ki, səni kimə tapşırıb gedirəm. Məndən çox narahat idi.Şəhid Mirzəcanın komandiri: “O, hələ sağ ikən düşməndən öz qisasını almışdı”
İşğal altındakı torpaqların azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşan Mirzəcan düşmənin xeyli sayda canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsində yaxından iştirak edib. Onun komandiri Məhəmmədəli  Həmidzadə  şəhidin çox vətənpərvər, qorxmaz əsgər olduğunu deyir: " O, oktyabrın əvvəlində Ağdam ərazisində Xocavənd istiqamətində gedən döyüşdə şəhid olub. Mirzəcan idmanla məşğul olduğu üçün təlimlərdə fəal iştirak edirdi, sağlam idi, müharibənin ilk vaxtlarından başlayaraq Mirzəcanın rolu böyük idi. O, bizim yaddaşımızda çox vətənpərvər, qorxmaz əsgər kimi qalıb. O, sağ ikən düşməndən öz qisasını almışdı.”
 
 Şəhid Mirzəcan Orucov ölümündən sonra Ali Baş Komandanın Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Qeyd edək ki, şəhid  Mirzəcanın atası, Orucov Araz Mirzəcan oğlu dünən 06 noyabr 2021-ci il tarixdə rəhmətə gedib.
Allah rəhmət eləsin  
Vahid İsmayılov.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}