Şamaxıda 6 oktyabr şəhid Yusif Əliyevin il mərasimi keçirilib FOTO\VİDEO

Şamaxıda 6 oktyabr şəhid Yusif Asif oğlu Əliyevin il mərasimi keçirilib.
Şəffaflıq.az xəbər verir  ki, Şamaxı şəhərində oktyabr ayının 6-da şəhid Yusif Asif oğlu Əliyevin il mərasimi keçirilib.
 Mərasimində  Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov,  Rayon İcra Hakimiyyətinin  məsul əməkdaşları,  hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, "Qarabağ Qaziləri" İB-ın üzvüləri, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, Müəllim və şagirdlər, şəhidin yaxınları iştirak ediblər, məzarını ziyarət edib, gül çələngi qoyublar.Mərasimdə şəhidin ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmışdır.
Yusif Asif oğlu Əliyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Operator: Məhərrəm Səmədovun çəklişlərini təqdim edirik.


Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Yusif Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin tərəfindən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğurunda gedən döyüşlərdə  iştirak edib.
Yusif Əliyev oktyabrın 5-də  Füzuli döyüşləri zamanı şəhid olub.Şaxaxı Şəhidlər Xiyabanında  torpağa tapşırılıb.
Azərbaycanın  ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Əliyev ölümündən sonra  "Vətən uğurunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunda işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı  ilə təltif edildi.

Əfşanə.
Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}