Şamaxıda 4 oktyabr şəhid Elvin Ağakərimovun il mərasimi,və xatirə bulağının açılışı olub. -FOTO/VİDEO

Şamaxıda 4 oktyabr şəhid Elvin Ağakərimovun il mərasimi,və xatirə bulağının açılışı olmuşdur.  
Şəffaflıq.az xəbər verir  ki, Şamaxı şəhərində oktyabr ayının 4-də şəhid Elvin Eldəniz oğlu Ağakərimovun il mərasimi,və xatirə bulağının açılış mərasimi  keçirilib.
 Mərasimində  Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov,  Rayon İcra Hakimiyyətinin  məsul əməkdaşları, Millət vəkili Tamam xanım Cəfərova,  hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, "Qarabağ Qaziləri" İB-ın üzvüləri, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, Müəllim və şagirdlər, şəhidin yaxınları iştirak ediblər, məzarını ziyarət edib, gül çələngi qoyublar.
Sonra şəhidin adına inşaa edilmiş xatirə bulağının açılışında iştirak etmişlər
Mərasimdə şəhidin ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmışdır.
Operator: Məhərrəm Səmədovun çəkilişini təqdim edirik.
Elvin Eldəniz oğlu Ağakərimov 1 aprel 2002-ci il tarixdə Şamaxı rayonunun Quşçu kəndində anadan olub. O, 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Ağakərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə aktiv iştirak edib.
Elvin Ağakərimov oktyabrın 2-də Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. O, Şamaxı rayonu Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Ağakərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Ağakərimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə də təltif edilmişdir. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun!
Vahid İsmayılov.
Şəffaflıq.az



 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}