Şamaxıda şəhid GİZİR Əlövsət İbrahimovun il mərasimi keçirilib.-FOTO

Şəhid Əlövsət İbrahimovun şəhidlik zirvəsinə ucalmasından bir il ötür. 

Şəffaflıq.az xəbər verir ki, 03 oktyabr 2021-ci il tarixdə Şamaxı rayonunda şəhid gizir İbrahimov Əlövsət Seyidxan oğlunun il mərasimi keçirilib.

Anım mərasimində  Rayon İcra Hakimiyyətinin başçısının  məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, "Qarabağ Qaziləri" İB-ın üzvüləri, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri,  şəhidin yaxınları iştirak ediblər, məzarını ziyarət edib, gül çələngi qoyublar.
Mərasimdə şəhidin ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmışdır.
Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov, Millət vəkili Tamam xanım Cəfərova və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid gizir İbrahimov Əlövsət Seyidxan oğlunun il mərasimində ailəsinə baş çəkiblər. 
Əlövsət İbrahimov 1995-ci il aprelin 21-də Şamaxı şəhərində anadan olub.
Əlövsət İbrahimov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Əlövsət İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əlövsət İbrahimov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlövsət İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlövsət İbrahimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlövsət İbrahimov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin.
Şəffaflıq.az



 
  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}