Göyçayda biçilmiş taxıl sahələri yanıb.

Göyçay rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.
Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün günün ikinci yarısında sözügedən rayonun Yeniarx kənd adlı qəbiristanlığında başlayıb. Yanğın qısa vaxtda geniş əraziyə yayılıb.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, eləcə Ucar və Ağdaş rayonlarının yanğınsöndürən briqadaları cəlb olunub.Hava küləkli olduğu üçün alov qısa vaxtda qəbiristanlıqdan yaxınlıqdakı taxıl sahələrinə keçib. Hadisə zamanı həyətyanı sahələrin çəpərləri, meyvə ağacları, quru ot, və taxıl sahələri yanıb.Qeyd edək ki, yanğının kim tərəfindən törədildiyi hələ məlum deyil. Yanğının qəsdən törədildiyi ehtimal olunur.Faktla bağlı araşdırma aparılır.
Davud Tarverdiyev
Göyçay
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}