Təhsil Nazirliyinə 18 milyon manat ayrılıb - Sərəncam

 
Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Şəffaflıq.az-ın məlumatına görə, sərəncamla respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində göstərilmiş 18 milyon manat vəsait Təhsil Nazirliyinə ayrılıb.
Sərəncamda qeyd olunub ki, son illərdə ölkədə təhsilin inkişafı sahəsində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Respublikanın şəhər və rayonlarında 3200-dən çox məktəbdə tikinti, əsaslı təmir-bərpa və yenidənqurma işləri uğurla aparılıb. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xeyli dərəcədə genişlənib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}