Sabah Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edəcək.

 Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi Göyçay, Kürdəmir və Ucar rayonlarında vətəndaşların qəbulunu keçirəcək.
Şəffaflıq.az bildirir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən mayın 14-də saat 11:00-dan Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzinin binasında Göyçay rayon sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı mayın 13-də saat 09:00-dan Heydər Əliyev Mərkəzinin binasında başlayacaq.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qeyd:Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Davud Tarverdiyev
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}