Əsas Səhifə > Cəmiyyət > Sabah Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edəcək.
Sabah Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edəcək.13-05-2019, 18:59 |
Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi Göyçay, Kürdəmir və Ucar rayonlarında vətəndaşların qəbulunu keçirəcək. Şəffaflıq.az bildirir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən mayın 14-də saat 11:00-dan Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzinin binasında Göyçay rayon sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı mayın 13-də saat 09:00-dan Heydər Əliyev Mərkəzinin binasında başlayacaq.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qeyd:Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Davud Tarverdiyev Şəffaflıq.az Geri qayıt |