Gürcüstanda koronavirusa yoluxanların sayı 30 mini ötdü

 

Gürcüstanda son sutkada daha 1 872 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 603 nəfər sağalaraq evə buraxılıb, 14 pasiyent isə vəfat edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 30 303-ə çatıb. Sağalanların sayı 11 370, vəfat edənlərin sayı isə 215 olub.

Hazırda karantin rejimində 3 769, stasionar nəzarətdə 3 832 nəfər saxlanılır. 2 249 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə olunur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}