ÜST-dən qorxunc AÇIQLAMA — Vəziyyət pisdir

 

Epidemiyanın başlamasından 6 ay keçib. Avropada vəziyyət yaxşılaşsa da, dünyada koronavirus pandemiyası çox pis nöqtəyə gəlib”.

Şəffaflıq.az-ın oxu.az-a istinadən məlumatına görə, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

Epidemiyanın başlamasından bu yana ən dəhşətli günün dünən yaşandığını vurğulayan ÜST rəhbəri yalnız ötən gün 136 000-dən çox virusa yeni yoluxma halının qeydə alındığını və bunun ən yüksək göstərici olduğunu qeyd edib.

“Ötən gün açıqlanan 136 000-dən çox virusa yoluxmanın təxminən 75 faizi Cənubi Asiya və Amerika qitəsindəki 10 ölkənin payına düşüb”, - deyə T.Qebreyesus bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}