İranda son sutkada koronavirusdan 66 nəfər vəfat edib

 

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 66 nəfər vəfat edib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 7249 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2392 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 129 341 nəfərə çatıb.


İndiyədək xəstəlikdən 100 564 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2655 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}