Koronavirus müxtəlif ölkələri nə vaxt tərk edəcək - bununla bağlı riyazi model hazırlanıb

 

Sinqapur Texnologiya və dizayn universitetinin alimləri koronavirus epidemiyasının müxtəlif ölkələrdəki bitmə tarixini açıqlayıblar.

Şəffaflıq.az xarici agenltiklərə istinadən xəbər verir ki, bunun üçün onlar 131 ölkədən gələn məlumatların təhlilini aparıblar. Proqnozlar infeksiyanın yayılmasının riyazi modelinə əsaslanaraq müəyyən edilib.

Məsələn, Rusiyada virusun yayılması 97%-lik ehtimalla bu il mayın 20-də bitəcək. “COVİD 19”un Rusiya diyarlarından tam çəkilməsi isə iyulun 20-nə qədər çəkəcək. Dönüş nöqtəsi kimi aprelin 20-si göstərilir.

Çində bu müddət aprelin 9-da başa çatıb. ABŞ isə koronavirusdan yalnız bu il avqustun 27-də qurtulacaq. Almaniya və Fransa üçün bu tarix avqustun 1-i və 5-i, Böyük Britaniya üçün isə avqustun 14-ü göstərilib.

Lakin bununla bərabər ekspertlər özünütəcrid rejiminin qorunmasının vacibliyini vurğulayaraq yalançı nikbinliyin onu pozmasına imkan verməməyə çağırıblar.
 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}