Koronavirusun ən sürətlə yayıldığı ölkə Rusiya oldu


 

Rusiyada koronavirusun qurbanlaırn sayı rekord həddə çatdı.

Son iki gündə Rusiyada  yeni növ koronavirus (COVİD-19)  infeksiyasına yoluxanların sayı sürətlə artığından  Çin və İranı ötüb.

Şəffaflıq.az  “lenta”ya istinadən xəbər verir ki, aprelin 28-nə olan məlumata görə, Rusiyada koronavirusa yoluxanlaırn sayı 93558 nəfərə çatıb.  Bununla  da Rusiya Çini və İranı da ötmüş oldu. Belə ki, Çində 85 minə yaxın, İranda isə  aprelin 27-nə olan məlumata əsasən 91472 virusa yoluxan var.
 Son bir sutkada Rusiyada virusa  6411 nəfər yoluxub. Bununla da say 87 147 nəfərdən 93558 nəfərə çatıb. Rusiyada ən çox infeksiyanın yayıldığı ərazi Moskva və Moskva ətrafıdır. Təkcə sonbir sutkada Moskavada konavirus infeksiyasına  3075 insan  yoluxub. Son bir gün ərzində isə Rusiyada ölənlərin sayı 72 nəfər olub. Bu isə epidemiyanın başladığı  ilk gündən ən rekord həddir. Bundan öncə ən yüksək ölüm həddi aprelin 25-də qeydə alınıb ki, həmin gün 66 nəfər virusun qurbanı olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}