Həbs xəbəri yayılan məmurlar DANIŞDI - SON DƏQİQƏ

 Rayonda keçirilən xüsusi əməliyyat zamanı həbs olunduğu deyilən Ağstafa rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və tikini şöbəsinin müdiri Sənan Mustafayev haqqında yayılan məlumatlara aydınlıq gətirib.
Şəffaflıq.az xəbər verir ki, S.Mustafayev baku.ws-in bölgə müxbirinə açıqlamasında yayılan xəbərlərin əsassız olduğunu bildirib.
Baş memar deyib ki, hazırda Bakıdadır və rayona qayıtmağa hazırlaşır: "Hazırda Bakıdayam. İclas idi. Bu səbəbdən gəlmişdim. Onu deyə bilərəm ki, həbsimlə bağlı xəbərlər əsassızdır, işimin başındayam və rayona qayıdıram".
Ağatafa rayon Mərkəzi Xəsətəxanasının baş həkimi Fatma Vəliyeva da baku.ws-in bölgə muxbirinə həbs xəbəri ilə bağlı açıqlam verib.
"Yayılan xəbərlər doğru deyil. Mən sabah rayonun Düz Qışlaq kəndində Yaponiya səfirliyinin iştirakı ilə həkim məntəqəsinin açlışında iştirak edəcəm. Bizimlə millət vəkilimiz Məlahət İbrahimqızı da olacaq. İşimdəyəm heç bir qanunsuz əməlim yoxdur məni həbs edələr", - deyə F.Vəliyeva vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}