Hakim partiyadan YAP-ın deputat siyahısı ilə bağlı AÇIQLAMA (YENİLƏNİB)

 

Gələn il fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasından (YAP) qatılacaq namizədlərin tam siyahısı bu gün açıqlanacaq. 

Şəffaflıq.az Demokrat.az-a istinadən xəbər verir ki, siyahıda onlarla gənc və yeni namizədlər yer alıb.

Əldə etdiyimiz məlumata görə, yeni siyahıda YAP-ın üzvü olan bəzi deputatlar, eləcə də bır sıra bitərəf millət vəkilləri təmsil olunmayacaq. Həmin siyahıda yer almayacaq deputatların adlarını açıqlayırıq:
 
Siyavuş Novruzov, Eldar İbrahimov, Hadi Rəcəbli, Arif Rəhimzadə, Ziyad Səmədzadə, Fəttah Heydərov, İsa Həbibbəyli, İlham Əliyev, Elman Nəsirov, Hüseynbala Mirələmov, Ağacan Abıyev, Əhliman Əmiraslanov, Naqif Həmzəyev, Zeynəb Xanlarova, Əliağa Hüseynov, Mirkazım Kazımov, Tahir Rzayev, Cavid Osmanov, Flora Qasımova, Əflatun Amaşov, Əsabil Qasımov, Yaqub Mahmudov, Elşən Musayev, Sona Əliyeva, Elmira Axundova, Nizami Cəfərov, Aqiyə Naxçıvanlı, Ziyafət Əsgərov, Valeh Ələsgərov, Cavid Qurbanov, Zahid Oruc, İqbal Məmmədov və digər şəxslər yer almayacaq.

Həmçinin, Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov YAP-ın yeni siyahısında yer alacaq. O deputat seçildiyi təqdirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri ola bilər.

Əldə etdiyimiz digər məlumata görə, Milli Məclisin Birinci vitse-spikeri Ziyafət Əsgərovun Ali Məhkəmənin sədri, Əhliman Əmiraslanovun isə səhiyyə naziri təyin olunması gözlənilir.
 
YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov siyahısı yayılan deputatlarla bağlı açıqlamasında deyib ki, sözügedən siyahı həqiqəti əks etdirmir: "Bununla bağlı məsələ YAP İdarə Heyətində müzakirə olunmayıb. Belə müzakirə olarsa, ictimaiyyət məlumatlandırılacaq".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}