Şamaxıda “Cırtdan və sehrli xalat” nağıllar aləmində ailəvi meqa-şousu təşkil edilib.-FOTOLAR/VİDEO YENİLƏNİB.

Şamaxıda təşkil edilən “Cırtdan və sehrli xalat” ailəvi meqa-şousu balacalara sevinc dolu anlar yaşatdı.
Dekabrın 18-də Şamaxı Olimpiya Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Cırtdan və sehrli xalat” ailəvi meqa-şousu minlərlə uşaq və onları müşayiət edən valideyn tərəfindən böyük maraqla qarşılanıb.
Şəffaflıq.az xəbər verir ki, meqa-şou Azərbaycanın milli nağıllarının personajları əsasında hazırlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan bu layihə balacaları nənələrindən eşitdikləri nağılların əsrlərdən bəri unudulmayan qəhrəmanları ilə bir daha yaxından tanış edir, Cırtdanın macəralarını, qara qüvvələrin pis əməllərini seyr edərək onlarda yaxşılıq, xeyirxahlıq kimi gözəl insani keyfiyyətləri dəyərləndirmək kimi humanist xarakterin formalaşmasına kömək edir.
Tədbirdən əvvəl meqa-şounun rejissoru İlham Qasımov jurnalistlərə müsahibəsində deyib:

 “Cırtdan nağıllar aləminin premyerası uğurla keçdi. Leyla xanım Əliyevanın təklifi ilə şounun bütün Azərbaycanda göstərilməsi qərara alındı. Bu məqsədlə biz 20 nəfərlik qrupla işə başladıq və Azərbaycanın şəhərlərini gəzməyə başladıq. İlk olaraq şounu Qusarda göstərdik. İki gün ərzində altı seans keçirdik və hər seansda 2600 nəfər iştirak edirdi. Bu gün isə Şamaxıdayıq. Ümidvaram ki, şou burada da çox möhtəşəm keçəcək”.
Layihənin əsas məqsədi ondan ibarətdir ki, uşaqlarımız öz sevimli nağıllar dünyamızdan, onların personajlarından məlumatlı olsunlar.
Bir gündə üç seansda təqdim olunan meqa-şouda onlarla aktyor, o cümlədən İlqar İbrahimov (Cırtdan), Nuranə Hüseynova (Tıq-tıq xanım), Cümşüd Zeynalov (Div), Şamil İbrahimli (Məlikməmməd), Firuzə Balayeva (İfritə), Ramil Məmmədov (İfrit) və başqaları çıxış edib. Qara qüvvələrə öz xeyirxahlığı ilə qalib gələn Cırtdan tamaşaçılarda gözəl hisslər yaradıb. Göydən düşən ulduzlar, səmada pərvaz edən pərilər Cırtdanla birlikdə tamaşaçıları sehrli aləmə aparıb. Sonda qara qüvvələr tərəfindən sehrlənən yeni il geri qaytarılır.

Dəyanət İsmayılov
Şamaxı:
Şəffaflıq.az





 












 























 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}