Prezidentin oğlu tomat zavodunun açılışında - Foto

Türkmənistanın Axal vilayətinin Göytəpə bölgəsində pomidor istilikxanasının açılışına prezidentinin oğlu olan vilayət hakimi (rəhbəri) Sərdar Berdiməhəmmədov da qatılıb.
Şəffaflıq.az xəbər verir ki, mərasimdə yerli sakinlər, ictimaiyyət nümayəndələri və vilayətin digər rəhbər şəxsləri iştirak edib.
30 hektarlıq istilikxananın 10 hektarına artıq pomidor əkilib. İl ərzində 2800-3000 ton yüksək keyfiyyətli tomat istehsal edib həm daxili bazara çıxarmaq, həm də ixrac etmək nəzərdə tutulur.
İstilikxana Hollandiya, İspaniya, Danimarka və Türkiyədən gətirilmiş avadanlıqla təchiz olunub.Teleqraf.com  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}