TUMİB Sumqayıtda NƏSİMİ İRSİNİ TƏBLİĞ EDİB

 

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi ""Nəsimi ili" - mədəni irsimizin təbliğində Türkiyə Universitetləri Məzunlarının rolu" adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti görüş Sumqayıt şəhərində baş tutub.
 
Şəffaflıq.az-ın məlumatına görə, tədbirdə yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, şəhərin ictimai-mədəni həyatında fəal iştirak edən gənclər, ziyalılar, QHT təmsilçiləri və jurnalistlər iştirak ediblər. Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov "Nəsimi ili" çərçivəsində görülən işlərdən danışıb. Bildirib ki, "Nəsimi ili" Sumqayıtda silsilə tədbirlərlə qeyd olunub. F.Kazımov vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə keçirilən tədbirlərə gələcəkdə də dəstək verməyə hazır olduqlarını vurğulayıb.
 
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov Azərbaycanın mədəni irsinin təbliğində vətəndaş cəmiyyəti institutlarının üzərinə düşən vəzifələrdən bəhs edib. TUMİB sədri deyib ki, "Nəsimi ili"nin silsilə tədbirlərlə qeyd olunması yeniyetmə və gənclərimizin ədəbiyyat tarixinə olan marağını daha da artıracaq. Nəsimini Azərbaycan poeziyasının əsas sütunlarından biri kimi xarakterizə edən Ç.Bayramov onun irsinin xalqımızın ədəbi zövqünün formalaşmasında müstəsna rol oynadığını bildirib. Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Nəsimi poeziyasının əbədiyaşar olduğunu deyib.
 
Qeyd edib ki, Nəsimi irsi sovet dövründə ideoloji basqı altında tədqiq edildiyi üçün bu böyük Azərbaycan şairinin bəşəriyyətə ünvanladığı mesajlar bəzən yanlış yozulub. JAM sədri Nəsimi poeziyasının müstəqillik dövrünün tələblərinə uyğun tədqiq edilməsinin vacib olduğunu dilə gətirib. Daha sonra TUMİB üzvləri Samiddin Qasımov, Tahir Nəsibov, Seymur Abdullayev və başqaları çıxış edərək, böyük Azərbaycan şairi İmadəddin Nəsimin ədəbiyyat tariximizdəki özünəməxsus yerindən danışıblar.
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}