Ülvi Mehdiyev: “Qarabağ və Şərqi Zəngəzurda “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək”

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Qarabağda “ASAN xidmət” mərkəzlərinin açılması barədə danışıb.

Oxu.Az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, hazırda ərazidə bərpa işləri aparılır:

“Mənfur ermənilərin vandalizmi göz qabağındadır. Demək olar ki, şəhərlərimizi, kəndlərimizi yox ediblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə orada ciddi infrastruktur layihələri həyata keçirilir. Tam proses başa çatdıqdan sonra həm Qarabağ, həm də, Şərqi Zəngəzur iqtisadi regionunda “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək”.

İlhamə Əbüülfət

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}