Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA


Mayın 13-ü saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Bildirilib ki, düşən yağıntının miqdarı Qrızda 39 mm, Qax, Qusarda 27 mm, Qubada 26 mm, Göygöldə 24 mm, Şəkidə 19 mm, Gədəbəydə 16 mm, İsmayıllıda 15 mm, Xaltanda 14 mm, Daşkəsəndə 11 mm, Naftalan, Oğuz, Tərtər, Göyçay, Goranboy, Mingəçevir, Gəncə, Ağdam, Bərdə, Yevlax, Zaqatala, Şabran, Qəbələ, Qobustan, Şahbuz, Altıağac, Şamaxı, Ağsu, Naxçıvan, Şəmkir, Tovuz, Balakən, Şahdağ, Kürdəmirdə 10 mm-dək olub.

Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti davam edir. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 12-17, Aran rayonlarında 15-17, dağlıq rayonlarda 3-9 dərəcə isti olub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}