Bu il Azərbaycanda dövlət satınalmaları ilə bağlı proqnoz açıqlanıb


Bu il Azərbaycanda dövlət satınalmalarının ümumi məbləğinin 8 milyard manata yaxın olacağı proqnozlaşdırılır.

Şəffaflıq.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Təchizat Zənciri Liderləri Zirvəsində deyib.

O bildirib ki, ötən il Azərbaycanda dövlət satınalmalarının ümumi məbləği 2022-ci illə müqayisədə 11,3 % artaraq 7 milyard 545,5 milyon manat təşkil edib: "Bu il isə bu rəqəmin daha da artacağını düşünürük. Eyni zamanda elektron satınalmalarda da mühüm irəliləyişlər əldə olunacaq”.

O qeyd edib ki, satınalmalar tam elektronlaşdırıldığından bu il bunun həcmi 100 % səviyyəsində təşkil edəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}