Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub. Şəffaflıq.az-ın məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Səbail"i qəbul edib. Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə bitib - 2:1. 41 (penalti) və 45-ci dəqiqələrdə Kasimir Ninqa fərqlənib. Qonaqlarda 90+4-cü dəqiqədə Aleksandr Ramalinqom qollardan birinin əvəzini çıxa bilib. Xallarının sayını 54-ə çatdıran meydan sahibləri ikinci pilləyə yüksəlib. "Dənizçilər" 42 xalla 7-cidir. Günün ilk görüşündə "Qəbələ" evdə "Sabah"a qalib gəlib - 2:0. Qeyd edək ki, daha əvvəl "Neftçi" "Kəpəz"i (5:1), "Turan Tovuz" "Araz-Naxçıvan"ı (1:0), "Qarabağ" "Zirə"ni (1:0) məğlub edib.
Xəbəri paylaş
Facebook-da paylaş