Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub. Şəffaflıq.az-ın məlumatına görə, günün 2-ci oyununda "Qarabağ" "Sabah"ı qəbul edib. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə bitib. Görüşdə hesab 29-cu dəqiqədə açılıb. "Köhlən atlar"ın heyətində Musa Qurbanlı fərqlənib. 33-cü dəqiqədə Emmanuel Apeh bərabərlik qoluna imza atıb. 43-cü dəqiqədə "Sabah"ın müdafiəçisi Abdulaye Ba 2-ci sarı vərəqəni alaraq meydandan qovulub. Son ölkə çempionu 2-ci yarıya daha fəal başlayıb. 51-ci dəqiqədə Elvin Cəfərquliyev növbəti dəfə rəqibi mərkəzə dəvət edib. 60-cı dəqiqədə Coy Lens Mikels paytaxt təmsilçisinin 2-ci qolunu vurub. 69-cu dəqiqədə isə Aleksey Kaşuk meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. 84 və 90+4-cü dəqiqələrdə Ramil Şeydayev penaltini dəqiq yerinə yetirib. 90+5-ci dəqiqədə "Sabah"ın baş məşqçisi Murad Musayev hakimə kəskin etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 15-ə yüksəldib və "Neftçi"yə çatıb. 13 xala malik "Sabah" isə 3-cü sıradadır. Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" evdə "Şamaxı" ilə heç-heçə oynayıb - 1:1. Turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"i 2:0, "Neftçi" səfərdə "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 2:1 hesabı ilə yenib.
Facebook-da paylaş