“Ura.ru” Heydər Əliyev barədə: “Milyonlarla sovet vətəndaşının taleyinə təsir etmiş siyasətçi”


“Azərbaycan Prezidenti Heydər Əliyev SSRİ və Rusiya tarixində hansı rolu oynayıb?”

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Rusiyanın məşhur “Ura.ru” nəşrində yazı dərc olunub.

Yazıda qeyd edilib ki, milyonlarla sovet vətəndaşının taleyinə təsir etmiş kəşfiyyatçı və siyasətçinin anadan olmasının yüz ili tamam olur.

“2023-cü ilin may ayında həm Azərbaycanın, həm də Rusiyanın tarixində iz qoymuş azərbaycanlı və sovet siyasətçisi Heydər Əliyevin anadan olmasının düz yüz ili tamam olur. Sovet İttifaqı Kommunist Partiyasında hakimiyyətin ən yüksək eşelonlarına yüksələn Heydər Əliyev 70-80-ci illərdə SSRİ-nin əsas tikinti layihələrindən birinin rəhbəri oldu.

Və istefadan cəmi bir neçə il sonra Heydər Əliyev artıq müstəqil olan Azərbaycana rəhbərlik etməyə başladı.

Bu gün Rusiyanın əksər sakinləri xatırlamırlar ki, Baykal-Amur Magistralının tikinti layihəsinə məhz Heydər Əliyev rəhbərlik edib. Siyasətçinin birbaşa dəmir yolu ilə əlaqəsi olmasa da, layihə üzrə idarəetmə sistemini qura bilib. Tarix elmləri namizədi, Tavolqa Fondunun layihə rəhbəri Vasili Novikov “Ura.ru”ya bildirib ki, bu, Heydər Əliyevin adi işçilərlə yaxşı münasibətləri sayəsində mümkün olub.

Onun sözlərinə görə, yolun tamamlanması üçün ilkin tarix 1980-ci illərin ortalarına təyin olunsa da, 1984-cü ildə layihə artıq hazır olub. 20-ci əsrin sonunda Sovet İttifaqının ən böyük tikinti layihəsinin erkən başa çatdırılması isə ölkəyə əhəmiyyətli miqdarda resurslara qənaət etməyə imkan verib”, - deyə materialda bildirilib.

Həmçinin xatırladılıb ki, məşhur sovet müğənnisi Müslüm Maqomayev şöhrət qazanmasını qismən Heydər Əliyevə borcludur. Müslüm Maqomayev xatirələrində vurğulayır ki, onun Xalq artisti adını almasına məhz Heydər Əliyev kömək edib.

“Azərbaycan Prezidenti olduqdan Heydər Əliyev ölkədə vəziyyəti stabilləşdirdi və Rusiya ilə əlaqələri gücləndirməyə başladı. Onun təşəbbüsü ilə ölkə MDB-yə üzvlüyünü bərpa etdi.

O, həm də rus dilində təhsil verən məktəblərin bağlanmasının qarşısını aldı və Moskva ilə Xəzər dənizində sərhədlərin bölünməsi haqqında müqavilə imzaladı.

Eyni zamanda Heydər Əliyev 1997-ci ildə Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik Müqaviləsi imzalamaqla iki dövlət arasında əməkdaşlığın əsasını qoydu. Elə həmin dövrdə siyasətçi ilk dəfə Boris Yeltsinin dəvəti ilə prezident statusunda Moskvaya səfər etdi.

Vladimir Putinin hakimiyyətə gəlməsi ilə isə Rusiya-Azərbaycan əlaqələri daha da möhkəmləndi”, - deyə yazıda vurğulanıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}