Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala yüksəldi


Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 67 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 finalda Ali Habibinejadla (İran) döyüşüb.

Görüş İsgəndərovun qələbəsi ilə yekunlaşıb. O, rəqibini 4:1 (27:30, 29:28, 29:29, 30:26, 29:28) hesabı ilə məğlub edib. İsgəndərov 1/8 finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Döyüş mayın 9-da olacaq.

Qeyd edək ki, 107 ölkədən 538 boksçunun qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq.

Şəffaflıq.az  


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}