ADPU Quba filialının müəllimləri tələbələrə Quba Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ustad dərsi keçdilər


ADPU Quba filialının müəllimləri  tələbələrə Quba Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ustad dərsi keçdilər

Şəffaflıq.az xəbər verir ki, ADPU Quba filialının bir qrup tələbələri və müəllimlərinin iştirakı ilə Quba Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ustad dərsi keçirilmişdir. 

Ustad dərsinə  Əməkdar Mədəniyyət işçisi, ADPU-nun  Quba filialının müəllimi Elza Orucova acılış edərək Ulu Öndərin həyatı və fəaliyyəti haqqında tələbələrə geniş məlumat vermişdir.


Daha sonra "Riyaziyyat və təbiət elmləri fakültəsinin" dekan müavini Nübar Bayramova Heydər Əliyev irsində multikultural dəyərlərdən bəhs etmişdir.

Filialın müəllimi, AMEA Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı "Heydər Əliyev və  Azərbaycan tarixi" movzusunda tələbələrə geniş məlumat vermişdir.

Acıq dərs tələbələrin yüksək marağına səbəb olmuşdur.

Sonda xatirə fotosu çəkilmişdir.

Vahid İsmayılov.

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}