Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirlərə qatılacaqlar


Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Belçikada təşkil olunacaq beynəlxalq turnirlərə qatılacaqlar.

Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Antverpenin Purs bölgəsində təşkil olunacaq Dünya Kubokunda iştirak edəcək.

Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Başiri isə eyni şəhərdəki “Flanders Acro Cup”a qatılacaqlar.

Hər iki yarış 6-9 apreldə gerçəkləşəcək.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}