Şamaxıda iki mərtəbəli ev yanıb - FOTO

 Şamaxıda iki mərtəbəli yaşayış evi yanıb.Şəffaflıq.az xəbər verir ki, hadisə şəhərin Aşıq Məmmədağa küçəsində  "Yolkalıq" adlanan ərazidə baş verib.Yanğın nəticəsində üç ailənin yaşadığı iki mərtəbəli, dörd otaqlı ev yanaraq, külə dönüb.
Hadisə yerinə FHN yanğından mühafizə xidmətinin əməkdaşları cəlb edilib.
Yanğının söndürülməsi və qonşuluqdakı yaşayış evinə keçməsinin qarşısının alınması yönündə işlər davam etdirilir.
Ev sahibinin sözlərinə görə, evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}