Rusiyada son sutkada koronavirusdan 480 nəfər ölüb

 

Rusiyada son sutka ərzində daha 12 953 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Şəffaflıq.az Rusiyanın Operativ Qərargahına istinadən məlumat verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 151 984 nəfərə çatıb.

Son sutka ərzində 480 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 82 876 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}