Rusiyada COVID-19-a yoluxanların sayı 3 050 248 nəfərə çatıb

 

Rusiyada son sutka ərzində daha 28 284 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Şəffaflıq.az Rusiyanın Operativ Qərargahına istinadən məlumat verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 3 050 248 nəfərə çatıb.

Son sutka ərzində 552 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 54 778 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}