Rusiyada koronavirusa yoluxanların sayı 720 mini keçib

 

Rusiyada son sutka ərzində daha 6611 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.


Şəffaflıq.az xəbər verir ki,, Rusiyada COVID-19-a yoluxanların sayı 720 547 nəfərə çatıb.

Son sutka ərzində 188 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 11 205 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 497 446 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}