Rusiyada COVID-19-a yoluxanların sayı 620 mini keçib

 

Rusiyada son sutka ərzində daha 6800 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.


Şəffaflıq.az-ın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 620 794 nəfərə çatıb.


Son sutka ərzində 176 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 8781 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 384 152 nəfərdir.


Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}