Rusiyada koronavirusdan ölənlərin sayı 61 mini ötüb

 

Rusiyada son sutka ərzində daha 23 309 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Şəffaflıq.az Moskvadakı Operativ Qərargaha istinadən məlumat verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 3 379 103 nəfərə çatıb.

Son sutka ərzində 470 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 61 381 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}