Rusiyada COVID-19-a yoluxanların sayı 3 236 787 nəfərə çatıb

 

Rusiyada son sutka ərzində daha 24 150 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Şəffaflıq.az Moskvadakı Operativ Qərargaha istinadən məlumat verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 3 236 787 nəfərə çatıb.

Son sutka ərzində 504 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 58 506 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}