Rusiyada son sutkada koronavirusdan 527 nəfər ölüb

 

Rusiyada son sutka ərzində daha 16 688 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Şəffaflıq.az xarici mediaya istinadən məlumat verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 3 934 606 nəfərə çatıb.

Son sutka ərzində 527 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 75 732 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}