Trampın köməkçisi: "Yaxın aylarda daha 3-4 ölkə İsraillə sülhə qoşulacaq"

 

Yaxın bir neçə ay ərzində azı 3-4 dövlət İsraillə münasibətlərin normallaşdırılmasına dair razılaşmalara qoşula bilər.


Şəffaflıq.az “TASS”-a istinadən xəbər verir ki, bunu Nevada ştatında çıxışı zamanı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O’Brayen bildirib.

“Hazırda “İbrahim razılaşması”na qoşulmaq istəyi ilə bağlı bir sıra ərəb ölkələri ilə təmasdayıq”, - O’Brayen belə deyib. Onun sözlərinə görə, bunun baş verməsi ehtimalı böyükdür.

“Düşünürəm ki, yaxın bir neçə ayda bu istiqamətdə real irəliləyiş olacaq və azı üç-dörd ölkə də “İbrahim razılaşması”na qoşulacaq. Hesab edirəm ki, bu, Yaxın Şərqdəki vəziyyəti tamamilə dəyişəcək”, - deyə O’Brayen əlavə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}